Retoken haqqında

Niyə məhz Retokeni seçməliyik?

Retoken Binans blokçeynində yaradılmış maksimal sayı bir milyard ədəd tokenlə məhdudlaşdırılmış kripto tokendir. Bu tokenin bazarda mövcud olan bir çox kripto tokenlərdən ən vacib fərqi onun real biznes dünyası ilə sıx bağlılığının mövcud olmasıdır. Retoken qlobal bir layihədir. Bu layihənin ideyası onun reallaşdırılmasında iştirak edən bütün tərəflər üçün qazanclı imkanlar təklif edir. Onlar aşağıdakılardır:

Məhsul və xidmət istehsalçıları

Hər bir istehsalçı üçün öz məhsullarını satmaq və bunun üçün yeni satış kanalları formalaşdırmaq önəmlidir. Retoken məhz onlar üçün marketlərdə olan satıcıları eyni zamanda istehlakçıları satıcıya çevirən mükəmməl bir motivasiya modelidir.

İstehlakçı və satıcılar

İstehlakçılar adətən məmnun qaldıqları məhsul və xidmətləri paylaşmağa meyllidirlər. Bu proses Retoken vasitəsilə əlavə motivasiya da olunur. Ən böyük üstünlük isə odur ki, istehlakçılar qiyməti yüksələrək əlavə qazanclar gətirən dəyərli bir aktiv əldə etmiş olurlar.

Retoken komandası

İstehsalçı şirkətlərə bir marketinq aləti, istehlakçılara isə dəyərli bir motivasiya aləti bəxş etməklə daim dövriyyədə olan və beynəlxalq səviyyədə tanınan bir layihə yaratmış olurlar.

Supermarketlər

Retoken sistemini öz kassalarında qəbul etməklə birbaşa məhsul istehsalçılarından müştərilərə motivasiya vasitəçisi olmaqla potensial alıcıları özlərinə cəlb etmək imkanı qazanırlar.

  • Şəffaf referal bonus mexanizmi formalaşdırmaq
  • Sadə və başa düşülən xidmət modelinə malik olmaq
  • Yüksək təhlükəsiz və mobil həllər təqdim etmək
  • Token sahiblərinə yüksələn dəyər formalaşdırmaq

2025-ci ilə qədər Dünyanın 10-dan çox ölkəsində tanınan və 1000-dən çox istehsal və xidmət şirkəti ilə işləyən qlobal platforma olmaq.

Retokendən istifadənin faydaları

Sağlam və təhlükəsiz

Layihənin Binans Ağıllı kontrakt zənciri üzərindən qurulması onun sağlam və təhlükəsiz bir mexanizm olmasına şərait yaradır.

Anında dəyişim

Mobil tətbiq üzərindən qurulması və birjaya birbaşa bağlılığı sayəsində tətbiq daxilində Retokenlərin müvafiq ölkələrin valyutalarına dəyişimi təmin edilir.

Qlobal əhatə

Layihənin digital həlləri dünyanın istənilən ölkəsində tətbiqini mümkün edir. Mövcud əhatə dairəsi və əlaqələr üzərindən çox qısa zamanda ilk olaraq ətraf ölkələrdə daha sonra isə bütün Dünyanı əhatə edəcək.

Real biznesə bağlılıq

Retoken real biznesin qarşılaşdığı satış problemini innovativ bir mexanizmlə həll edən bir vasitədir. Bunun sayəsində real bizneslə, digital dünyanın bağlılğını təmin edən mexanizmlər formalaşdırır.

Güclü əhatə dairəsi və partnyorluqlar

Layihənin qurucuları eyni zamanda komandası qlobal olaraq geniş əhatə dairəsinə malikdir. Bu imkanlar layihənin genişləndirilməsində aktiv istifadə edilməkdədir.

İnnovativ və şəffaf yanaşma

Layihənin ilk günündən etibarən Retokenlər birbaşa olaraq istehlakçıların Blockchain cüzdanlarına köçürülməklə şəffaf bir yanaşma tətbiq olunmuşdur. Bu yanaşma bütün layihə dövründə də təmin olunacaqdır.

Partnyorlarımız